Trevisan karyerasında ilk dəfə

Trevisan karyerasında ilk dəfə

Martina Trevisan “Rolan Qarros”un 1/4 finalında Leyla Fernandezlə qarşılaşıb. O, rəqibinə qalib gələrək (6:2, 6:7, 6:3) turnirin yarımfinalına yüksəlib.

“Rolan Qarros”dan əvvəl Rabatda keçirilən turnirin qalibi olan 28 yaşlı italiyalı ardıcıl 10-cu qələbəsini qazanıb. Trevisan karyerasında ilk dəfə “Böyük Dəbilqə” yarışlarının yarımfinalına yüksəlib.

İndiyə qədər onun ən yaxşı nəticəsi 2020-ci ildə “Rolan Qarros”un 1/4 finalına çıxması idi.

ETOPAZ

Əvvəlki yazı

“Dallas” Pinsonu heyətdə saxlamaq niyyətindədir

Növbəti yazı

Azərbaycanda legioner limiti və əvəzetmə sayı dəyişdirildi