Trent Cerrardı geridə qoydu
Trent Aleksander-Arnold cari mövsümdə 17-ci assistini edib. “Liverpul”un müdafiəçisi buna “Mançester Siti” ilə görüşün ilk hissəsində (2:2) nail olub.
Trent bununla da “Liverpul”un heyətində bir mövsümdə ən çox məhsuldar ötürmə edən oyunçular siyahısına düşüb. O, 16 məhsuldar ötürmə edən Stiven Cerrardı üstələyib.
Mersisayd klubunun tarixində bu komponentdə ən yaxşı göstərici Kenni Dalqlişin 1984/85 mövsümündə etdiyi 24 məhsuldar ötürmədir.