Traore komandanın məşqinə gəlmədi
Adama Traore komandanın son məşqinə qatılmayıb. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Bildirilib ki, buna səbəb “Barselona”lı futbolçunun mədəsindəki narahatlıq olub. 26 yaşlı hücumçunun növbəti matçda – “Espanyol”la görüşdə oynayıb-oynamayacağı da sual altındadır.