Transferlərə ən çox xərcləyən klublar

Transferlərə ən çox xərcləyən klublar

Transferlərə ən çox pul xərcləyən klublarının siyahısı açıqlanıb. XXI əsrin xərclərində İngiltərə “Çelsi”si bütün klubları qabaqlayır.

Londonlular 2000/2001 mövsümündən indiyədək 2,4 milyard avro xərcləyib. Digər Premyer Liqa klubu “Mançester Siti” transferlərə 2,3 milyard ödəyib.

İspaniya “Real”ı ilə “Barselona” hərəyə 2,2 milyard xərcləməklə 3-cü yeri bölüşür. İlk “onluq”da “Yuventus” (2,1), “Mançester Yunayted” (2,0), “İnter” (1,7), PSJ (1,7), “Liverpul” (1,6) və “Milan” (1,5) da yer alıb.

Qeyd edək ki, “Çelsi” bu müddətdə 2 dəfə Çempionlar Liqasının qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

Monro yenidən NBA-da

Növbəti yazı

Ferran Torres “Barselona”da