“Trabzonspor”un futbolçusu Avropa klublarının hədəfində
“Trabzonspor”un ukraynalı müdafiəçisi Arseni Bataqov komandanı tərk edə bilər. O, Avropanın bir neçə tanınmış klubunun diqqətini çəkib.
Futbolçu ilə “Napoli”, “Bolonya” və “Benfika” maraqlanır. Bu komandaların nümayəndələri yanvarın 5-də Qaziantepdə “Qalatasaray”la keçiriləcək Türkiyə Superkubokunun yarımfinal matçında onu canlı izləməyi planlaşdırırlar.
Ötən mövsüm Bataqovu 1,8 milyon avroya heyətinə qatan “Trabzonspor” müdafiəçi üçün 30 milyon avro ilə 35 milyon avro arasında qiymət təyin edib. Klub onu bu qiymətdən aşağı satmağı düşünmür.










