“Trabzonspor”dan İtaliyaya
“Trabzonspor”da ayrılıq baş verib. Rayyan Baniya komandanı tərk edib.
Müdafiəçi karyerasını İtaliyada davam etdirəcək. Qara dəniz təmsilçisi onu “Palermo”ya icarəyə verib. Seriya B klubu türkiyəlilərə 450 min avro ödəniş edəcək.
Müqaviləyə birdəfəlik transfer bəndi də daxildir. “Palermo” futbolçunu birdəfəlik heyətinə cəlb etmək istəsə, transfer məbləği 3.2 milyon avro olacaq.