“Trabzonspor”da yeni müqavilə

“Trabzonspor”da yeni müqavilə

“Trabzonspor” baş məşqçi Fatih Tekke ilə yola davam edəcək. Super Liqa nəhəngi türkiyəli mütəxəssisin müqaviləsinin müddətini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı çalışdırıcı ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Fatih Tekke 2025-ci ilin 11 mart tarixində “Trabzonspor”un baş məşqçisi vəzifəsinə təyin olunub.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”da mümkün ayrılıq

Növbəti yazı

“İnter”də xorvatiyalı müdafiəçi