“Trabzonspor”da istefa

“Trabzonspor”da istefa

“Trabzonspor” yenidən baş məşqçisiz qalıb. Türkiyə klubunun çalışdırıcısı Orhan Ak istefa verib.

O, qərarını kubokun 1/4 final mərhələsinin “Ankaragücü” (1:3) ilə matçından sonra mətbuat konfransında açıqlayıb. 43 yaşlı mütəxəssis klub prezidenti ilə hələlik əlaqə qura bilməsə də, futbolçularla vidalaşdığını bildirib.

“Trabzonspor” Abdullah Avcının gedişindən sonra bu posta təyin olunan Akın rəhbərliyi altında  3 oyun keçirib. Komanda bu matçların ikisində məğlub olaraq yalnız bir görüşdə meydandan qalib ayrılıb.

ETOPAZ

Əvvəlki yazı

Vlahoviçə Londondan müştəri

Növbəti yazı

“Barselona”nın Haverts istəyi