Tovuzda qollu heç-heçə
Azərbaycan Premyer Liqasında 26-cı turun ikinci günü start götürüb. İlk matç Tovuzda baş tutub.
“Turan Tovuz” öz meydanında “Qəbələ”ni qəbul edib. Turnir cədvəlindəki qonşuların duelində qalib müəyyənləşməyib.
Görüşdəki hər iki top ilk yarıda vurulub. Öncə Runi Eva hesabı açıb. Qonaqlar Felpe Santosun qolu ilə bərabərlik əldə edib – 1:1.
Qeyd edək ki, bu gün daha bir oyunu keçiriləcək tura sabah yekun vurulacaq.
1 | Qarabağ | 25 | 20 | 5 | 0 | 61-15 | 65 |
2 | Sabah | 26 | 18 | 5 | 3 | 57-18 | 59 |
3 | Neftçi | 25 | 16 | 4 | 5 | 46-22 | 52 |
4 | Zirə | 26 | 10 | 7 | 9 | 30-34 | 37 |
5 | Qəbələ | 26 | 8 | 9 | 9 | 30-32 | 33 |
6 | Turan Tovuz | 26 | 7 | 6 | 13 | 20-34 | 27 |
7 | Sumqayıt | 26 | 5 | 6 | 15 | 17-44 | 21 |
8 | Kəpəz | 26 | 4 | 9 | 13 | 25-47 | 21 |
9 | Şamaxı | 25 | 4 | 8 | 13 | 23-40 | 20 |
10 | Səbail | 25 | 4 | 5 | 16 | 19-42 | 17 |
Bombardirlər: Musa Qurbanlı (“Qarabağ”) – 17 qol, Ramil Şeydayev (“Qarabağ”) – 17 qol, Emin Mahmudov (“Neftçi”) – 13 qol, Coy Lens Mikels (“Sabah”) – 13 qol, Aleksey Kaşuk (“Sabah”) – 11 qol