Tovuzda qollu heç-heçə

Tovuzda qollu heç-heçə

Azərbaycan Premyer Liqasında XXI turun ikinci günü start götürüb. Oyun günü Tovuzda başlayıb.

Avrokuboklara iddialı Turan Tovuz” Premyer Liqada qalmaq üçün mübarizə aparan “Səbail”i qəbul edib. Görüşdə hesabı meydan sahibləri açıblar.

Alexandro Serrano 29-cu dəqiqədə fərqlənib. İlk yarının sonlarında qırmızı vərəqə alan Kauan Martins Tovuz təmsilçisini azlıqda qoyub.

Bundan yararlanan qonaqlar məğlubiyyətdən qaçıb. Madi Queta 82-ci dəqiqədə fərqlənib – 1:1.

Qeyd edək ki, “Turan Tovuz” 36 xalla 4-cü, “Səbail” 16 xalla 10-cu pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Mimoviç “Fənərbaxça”da

Növbəti yazı

Günün kuponu – 02.02.2025