Tovuzda qollu bərabərlik
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib. Bu gün bir matç baş tutub.
“Turan Tovuz” “Şamaxı”nı qəbul edib. İlk hissədə qapılara qol vurulmayıb.
İkinci yarıda Kauan Martins fərqlənib. Lakin iki dəqiqə sonra Brahim Konate hesabı bərabərləşdirib – 1:1.
Qeyd edək ki, tura aprelin 28-də yekun vurulacaq.