Tovuzda qollu bərabərlik
Azərbaycan Premyer Liqasında XVIII tur davam edir. Bu gün daha bir matç baş tutub.
“Turan Tovuz” “Neftçi”ni qəbul edib. Görüş qonaqların üstünlüyü ilə başlayıb. Hesab ilk yarının sonlarında açılıb. Filip Ozobiç fərqlənib. Lakin meydan sahibləri məğlubiyyətdən qaçmağı bacarıb. Aleks Souza hesabı bərabərləşdirib. Qoldan sonra üstünlüyünü artıran tovuzlular önə keçməyə çalışıb. Lakin matçda hesab dəyişməyib – 1:1.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.