Tovuzda qollu bərabərlik
Azərbaycan Premyer Liqasında 33-cü tura start verilib. İlk oyun günündə “Kəpəz” “Sumqayıt”ı qəbul edib.
Matç qarşılıqlı hücumlar şəraitində keçib. Oyunda hesab ikinci yarıda açılıb. Erik Sorqa komandasını önə keçirib. Ardından nominal meydan sahibləri azlıqda qalıb. Olavele Onanuqa qırmızı vərəqə ilə cəzalanıb. Buna baxmayaraq, gəncəlilər hesabda tarazlıq yarada bilib. Elçin Əlicanov adını tabloya yazdırıb – 1:1. Matçın son dəqiqələrində “Kəpəz” daha bir futbolçusunu itirib. Martins Juniyor ikinci sarı vərəqəni alaraq, meydanı vaxtından əvvəl tərk edib.