Tovuzda məhsuldar sülh, derbidə bir qol
Azərbaycan Premyer Liqasında X tur davam edir. Turun ikinci günündə iki matç baş tutub.
Günə Tovuzda start verilib. Məhsuldar keçən qarşılaşmada “Turan Tovuz”la “Səbail” hərəyə bir xal qazanıb – 2:2. Meydan sahiblərində Runi Eva və Okebuqvu Henri, qonaqlarda Franko Mazureklə Ağabala Ramazanov qol sevinci yaşayıb.
Bakıda paytaxt derbisi baş tutub. Avrokuboklara vəsiqəyə iddialıların duelində “Sabah” “Zirə”ni qəbul edib. Qarşılaşmada bir qol vurulub. Həlledici topun müəllifi Emmanuel Apeh meydan sahiblərinə 3 xal qazandırıb.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
1 | Sabah | 10 | 8 | 1 | 1 | 23-7 | 25 |
2 | Qarabağ | 8 | 8 | 0 | 0 | 25-6 | 24 |
3 | Neftçi | 9 | 6 | 1 | 2 | 17-9 | 19 |
4 | Zirə | 10 | 5 | 1 | 4 | 13-17 | 16 |
5 | Qəbələ | 10 | 5 | 1 | 4 | 14-10 | 16 |
6 | Turan Tovuz | 9 | 3 | 3 | 3 | 8-10 | 12 |
7 | Səbail | 10 | 2 | 3 | 5 | 11-14 | 9 |
8 | Kəpəz | 9 | 1 | 1 | 7 | 6-23 | 4 |
9 | Sumqayıt | 9 | 0 | 4 | 5 | 1-11 | 4 |
10 | Şamaxı | 10 | 0 | 3 | 7 | 5-16 | 3 |
Bombardirlər: Ramil Şeydayev (“Qarabağ”) – 7 qol, Musa Qurbanlı (“Qarabağ”) – 7 qol, Coy Lens Mikels (“Sabah”) – 6 qol