Tovuzda məhsuldar bərabərlik
Bu gün Azərbaycan Premyer Liqasında II dövrə start götürüb. X turun ilk matçı Tovuzda baş tutub.
Son çempion “Qarabağ” “Turan Tovuz”un qonağı olub. Olavio Juninyonun erkən qolu ağdamlılara üstünlük qazandırıb.
Ikinci hissə də qolla başlayıb. Otto Con fərqlənib. Görüşün sonlarında komandalar hərəyə bir qol vurublar.
Leandro Andrade qonaqları sevindirsə də, Ayxan Quseynov hesaba tarazlıq gətirib – 2:2. Beləliklə, 4 qolu matçda qalib müəyyənləşməyib.
Qeyd edək ki, tura oktyabrın 22-də yekun vurulacaq.