Tovuzda məhsuldar bərabərlik
Azərbaycan Premyer Liqasında 15-ci turun oyunları keçirilir. “Turan Tovuz” “Sumqayıt”ı qəbul edib.
Görüş qonaqların üstünlüyü ilə başlayıb. Elvin Bədəlov erkən qolla komandasını hesabda önə çıxarıb. Sumqayıtlılar fasiləyədək daha bir dəfə fərqlənib. Roi Kehat fərqi 2 topa çatdırıb.
İkinci yarı isə fərqli ssenari ilə keçib. Meydan sahibləri üstünlüyə yiyələnib. 49-cu dəqiqədə Luis Paçu fərqlənib. 5 dəqiqə sonra isə Otto Con hesabı bərabərləşdirib – 2:2. Tərəflərin səylərinə baxmayaraq, görüş bu nəticə ilə yekunlaşıb.
Qeyd edək ki, turun digər matçları dekabrın 3-4-də keçiriləcək.