Tovuzda bərabərlik
Azərbaycan Premyer Liqasında 29-cu tur davam edir. Son oyun günündə ”Turan Tovuz” ”Şamaxı”nı qəbul edib.
Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. 2-ci dəqiqədə hesab açılıb. Runi Eva qərbliləri sevindirib. Lakin qonaqlar oyunu bərabərləşdirməyi bacarıb. 9-cu dəqiqədə Fuad Bayramov adını tabloya yazdırıb – 1:1. Tərəflərin səylərinə baxmayaraq ikinci hissədə qapılara qol vurulmayıb.
Qeyd edək ki, tura ”Qarabağ” – “Kəpəz” matçı ilə yekun vurulacaq.