“Tottenhem”in yeni transfer hədəfi

“Tottenhem”in yeni transfer hədəfi

“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir. Klub “Porto”nun hücumçusu Samu Aqehova ilə maraqlanır.

İngiltərə mətbuatında londonluların keçidi qışda həll etməyi planlaşdırdığı bildirilir. Transferdə komandanın baş məşqçisi Tomas Frank şəxsən maraqlıdır. O, Aqehovanın oyununu bəyənir və futbolçunu heyətində görmək istəyir.

Forvard bu mövsüm çıxdığı 14 oyunda 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.

ETOPAZ

Əvvəlki yazı

Diaza üç matçlıq cəza

Növbəti yazı

“Barselona” Queyi ilə maraqlanır