“Tottenhem”in oyunçuları qayıdır
“Tottenhem”in zədəli futbolçuları Riçarilson və Deyan Kuleşevski meydana çıxmağa tam hazırdır. Bunu İngiltərə klubunun baş məşqçisi Antonio Konte açıqlayıb.
İtaliyalı mütəxəssis bildirib ki, hər iki futbolçu “Lids”lə görüşdə start heyətində yer ala bilər:
“Yaxşı xəbərlər var. Riçarilson məşq prosesində xoşuma gəldi. Onun tam bərpa olduğunu hesab edirəm. Kuluşevski də hazırdır. Ümid edirəm ki, onlar şənbə günü start heyətdə yer alacaq”.