“Tottenhem”in məşqçisi dünyasını dəyişdi
“Tottenhem”in baş məşqçisi Can Piero Ventron vəfat edib. Fitnes mütəxəssisi 61 yaşında dünyasını dəyişib.
O, 2021-ci ilin noyabrında Antonio Kontenin korpusuna qoşulub. Məşqçinin ölüm səbəbi kimi leykemiya göstərilib.
Ventron daha öncə “Yuventus”, “Kataniya” və bir sıra digər klublarda çalışıb.