“Tottenhem”də 8 yoluxma

“Tottenhem”də 8 yoluxma

İngiltərənin “Tottenhem” klubunda koronavirus pandemiyası yayılıb. London təmsilçisində 8 test müsbət nəticə verib. Komandanın 6 futbolçusu və məşqçilər korpusunun iki üzvü yoluxanlar sırasındadır.

Onların hamısı 10 günlük karantinə alınıblar. Futbolçuların qarşıdakı üç oyunu buraxacağı gözlənilir. Konfrans Liqasının “Renn”, Premyer Liqanın “Brayton” və “Lester”lə qarşılaşmalarında bu oyunçular meydana çıxa bilməyəcəklər.

ETOPAZ

Əvvəlki yazı

Nikola Yokiç Larri Berdi keçdi

Növbəti yazı

ATP kubokunun püşkü atıldı