“Tottenhem”dən Zaniolo üçün daha bir cəhd
“Tottenhem” “Roma”nın yarımmüdafiəçisi Nikolo Zaniolonu heyətinə qatmaq üçün növbəti cəhdini edəcək. İtaliya klubu isə futbolçusu üçün 50 milyon avro tələb edir.
Romalıların baş məşqçisi Joze Mourinyo 23 yaşlı futbolçunu 50 milyon avroya transfer hüquqlarını almaq opsiyonu ilə “Tottenhem”ə icarəyə verməkdən imtina edib. O, “Spurs”un bu məbləğə Zaniolonu almasını tələb edib.