“Tottenhem”dən MLS-ə
“Tottenhem”in məşqçisi Mett Uellsin yeni iş yeri məlum olub. Mütəxəssis “Kolorado” klubuna baş məşqçi təyin edilib.
Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.
Mett bundan öncə “Tottenhem”də baş məşqçi Maurisio Poçettino, Skott Parker, Ange Postekoqlu və Tomas Frankın köməkçisi olub.













