“Tottenhem”dən Lanqle qərarı
Kleman Lanqle “Tottenhem”də qalacaq. Bu barədə qərarı İngiltərə klubunun rəhbərliyi verib.
Londonlular “Barselona”dan icarəyə götürdüyü müdafiəçini alacaq. Yaxın günlərdə iki klub arasında görüş baş tutacaq.
“Barselona” müdafiəçi üçün 12 milyon avro istəyir. Lakin ispaniyalıların bunun yarısı ilə də razılaşacağı gözlənilir.