“Tottenhem”dən CAS-a şikayət
“Tottenhem” Konfrans Liqasının “Renn”lə oyununda texniki məğlubiyyət alması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək. Bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
London təmsilçisi UEFA-nın qərarını ədalətsiz sayır. “Tottenhem” Fransa təmsilçisi ilə qrup mərhələsinin VI tur oyununa koronavirusa yoluxma hallarına görə çıxa bilməyib. Öncə təxirə salınan, sonra ləğv edilən görüşdəki texniki məğlubiyyət komandanın qrupda qalması ilə nəticələnib. Bu səbəbdən də britaniyalılar şikayət etməyi lazım bilib.