“Tottenhem”də yeni müqavilə
“Tottenhem” müdafiəçisi ilə yeni müqavilə imzalayıb. London təmsilçisi Dyed Spense ilə uzunmüddətli sözləşməyə imza atıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin şərtləri və müddəti haqda rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Dyed Spense ötən mövsüm çıxdığı 35 matçda 2 qol və 3 məhsuldar ötürməyə imza atıb.












