“Tottenhem”də ciddi itki

“Tottenhem”də ciddi itki

“Tottenhem”də ciddi itki baş verib. Premyer Liqanın 11-ci turunun “Everton”la matçında (2:0) Riçarlison xəsarət alıb.

Bu zədə Riçarlisonun noyabrın 20-də Qətərdə başlayacaq dünya çempionatında iştirakını sual altına qoyur. Komandanın baş məşqçisi Antonio Konte oyundan sonra bu barədə danışıb: 

“Çox güman ki, o, “Mançester Yunayted”lə oyunu buraxacaq. Hücumçu baldırında ağrı hiss edirdi. Ona görə də bu oyunda iştirak etməyəcək. Onun sağalması üçün bir az vaxta ehtiyacı var”.

ETOPAZ

Əvvəlki yazı

Tovuzda məhsuldar sülh, derbidə bir qol

Növbəti yazı

Ceyms dünya çempionatını buraxacaq