“Tottenhem”də ciddi itki

“Tottenhem”də ciddi itki

“Tottenhem”də ciddi itki baş verib. Komandanın yarımmüdafiəçisi Deyan Kulusevski zədələnib.

O, Premyer Liqanın 36-cı turunun ” Kristal Pelas”la oyununda (0:2) dizindən xəsarət alıb. İsveçli müdafiəçi Mark Queyi ilə toqquşduqdan sonra matçı davam etdirə bilməyib.

Kulusevski ertəsi gün komandanın məşqini buraxıb. Onun mayın 21-də Bilbaodakı keçiriləcək “Mançester Yunayted”lə Avropa Liqasının finalında iştirak edə bilməyəcəyi düşünülür.

“Tottenhem” bunadək yarımmüdafiəçiləri Ceyms Meddison və Lukas Berqvallu zədə səbəbindən itirib.

ETOPAZ

Əvvəlki yazı

Ronaldo “Sportinq”ə dönə bilər

Növbəti yazı

“Sabah” ölkə çempionu oldu