“Tottenhem”də ayrılıq

“Tottenhem”də ayrılıq

“Tottenhem” baş məşqçisi Ange Postekoqlu ilə yollarını ayıra bilər. Buna klubun daxili çempionatda uğursuz çıxış etməsi səbəb olub.

Rəhbərlik artıq mütəxəssisin əvəzedicilərini tapıb. Bunlar – “Fulhem”dən Marko Silva və “Bornmut”dan Andoni İraoladı. İngiltərə təmsilçisi mövsümün sonunda Avropa Liqasında çempion olmasa, rəhbərlik baş məşqçi ilə yollarını ayıracaq.

Qeyd edək ki, “Tottenhem” 29 turdan sonra Premyer Liqada 34 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Patrik Andrade üçün mükafat

Növbəti yazı

İsak “Barselona”nın hədəfində