“Tottenhem”də ayrılıq
“Tottenhem”də ayrılıq baş verib. Klub Tanqu Ndombele ilə yollarını ayırıb.
Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. 2019-cu ildə “Lion”dan 62 milyon avroya transfer olunan 27 yaşlı yarımmüdafiəçi ümidləri doğrultmayıb. O, son 3 mövsümü icarə əsasında “Lion”, “Napoli” və “Qalatasaray”da keçirib.