“Tottenhem” “Volfsburq”un müdafiəçisini istəyir
“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirəcək. London klubu “Volfsburq”un müdafiəçisi Mikki van de Veni heyətə cəlb ediləcək.
22 yaşlı niderlandlı ilə şəxsi müqavilənin detallarını razılaşdıran Premyer Liqa klubu almanlarla danışıqları yekunlaşmaq üzrədir. Keçidin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.