“Tottenhem” Udoqi transferini rəsmiləşdirdi
“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib. Klub “Udineze”nin müdafiəçisi Destini Udoqini rənglərinə bağlayıb.
Oyunçu ilə 2027-ci ilə qədər müqavilə imzalanıb. O, 2022-23 mövsümünü icarə əsasında İtaliya təmsilçisində keçirəcək.
