“Tottenhem” Postekoğlu ilə vidalaşır

“Tottenhem” Postekoğlu ilə vidalaşır

“Tottenhem” növbəti mövsümə yeni baş məşqçi ilə start verə bilər. Ange Postekoğlunun yerinə Andoni İraola namizəd göstərilir.

London klubunun avstraliyalı mütəxəssislə birillik müqaviləsi olsa da, uğursuz nəticələr komanda rəhbərliyini narazı salıb. Əvəzində İraola “Bornmut”dakı işi ilə bir çox klubun diqqət mərkəzinə düşüb. Onun klubla müqaviləsində 10 milyonluq sərbəst qalmaq maddəsi var. Londonlular mövsümün sonunda bu məbləği ödəyib ispaniyalı mütəxəssislə müqavilə bağlamaq arzusundadırlar.

Qeyd edək ki, “Bornmut” 29 turdan sonra 44 xalla 10-cu, “Tottenhem” isə 34 xalla 14-cü pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Tudor rəsmən “Yuventus”da

Növbəti yazı

PSJ-nin sahibi La Liqadan klub alır