“Tottenhem” Lenqledən məmnun deyil
“Tottenhem” icarə əsasında komandada çıxış edən Klemen Lenqleyə əvəzləyici axtarır. Klub “Barselona”nın müdafiəçisinin oyunundan razı deyil.
“Spurs” heyətində bir sıra dəyişikliklər etmək niyyətindədir. Antonio Konte baş məşqçi postunu tərk etməsə, yayda komandanın güclənəcəyi gözlənilir.