“Tottenhem” Konteni komandada saxlamaq istəyir
“Tottenhem” baş məşqçisi Antonio Konte ilə əməkdaşlığı davam etdirmək istəyir. Premyer Liqa təmsilçisi italiyalı mütəxəssisə uzunmüddətli müqavilə təklif edib.
“Tottenhem” Kontenin klubla 2023-cü ilin yayına kimi qüvvədə olan müqaviləsini yeniləmək istəyir. Lakin başqa təklifləri də olan baş məşqçi hələlik cavab verməyib.
Qeyd edək ki, “Tottenhem” Premyer Liqada 15 oyundan 29 xal toplayıb və 4-cü pillədə qərarlaşıb.