“Tottenhem” Keyni satmayacaq
“Tottenhem”in Harri Keynlə bağlı qərarı bəlli olub. İngiltərə klubu futbolçusunu bu yay satmayacaq.
29 yaşlı hücumçu 2024-cü ilin yayında başa çatacaq müqaviləsini uzatmayıb. Buna baxmayaraq, londonlular Keyni anlaşmanın sonuna qədər heyətində saxlamağa qərar verib.
Qeyd edək ki, forvard cari mövsümün 27 matçında 20 qol vurub.