“Tottenhem” baş məşqçisi ilə vidalaşdı
İngiltərə Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib. “Tottenhem” klubu Nunu Eşpiritu Santu ilə yollarını ayırıb.
47 yaşlı portuqaliyalı mütəxəssisin müqaviləsinə xitam verilib. İyulun 30-da baş məşqçi təyin olunmuş Santunu italiyalı Antonio Kontenin əvəzləyəcəyi gözlənilir.