“Tottenhem” Avropa Liqasının çempionu oldu!
Bu gün UEFA Avropa Liqasının finalı keçirilib. “Tottenhem” “Mançester Yunayted”lə qarşılaşıb.
Görüşün taleyini bir qol həll edib. Birinci hissənin sonlarında “Tottenhem”in futbolçusu Brennan Conson hesabı açıb. London klubu 41 ildən sonra qitəmiqyaslı turnirlərdə qələbə qazanıb.
UEFA Avropa Liqası
Final
21 may
23:00. “Tottenhem” – “Mançester Yunayted” – 1:0
Qol: Conson, 42
Bilbao, “San Mames” stadionu