“Tottenhem” 80 milyonluq təklifi rədd etdi
“Tottenhem”in hücumçusu Harri Keyn “Bavariya”nın hədəfindədir. Lakin ingiltərəlilər münhenlilərin ikinci təklifini də qəbul etməyib.
Bundesliqa klubu 29 yaşlı forvard üçün 80 milyon avro və əlavə bonuslar təklif edib. Lakin “Spurs” bu təklifi də rədd edib.
Qeyd edək ki, Keynin “Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayına qədərdir.