“Tottenhem”ə məğlubiyyət verildi

“Tottenhem”ə məğlubiyyət verildi

Konfrans Liqasının qrup mərhələsinin VI turunun “Tottenhem” – “Renn” oyununun taleyinə aydınlıq gəlib. UEFA öncə təxirə salınan, sonra ləğv edilən görüşlə bağlı yekun qərarını verib.

Koronavirusa kütləvi yoluxma səbəbindən oyuna çıxmayan “Tottenhem” texniki məğlubiyyət alıb. Bu qərardan sonra “Tottenhem” qrupda qalıb. 1-ci yeri tutan “Renn”in xalı 14-ə çatıbsa, 7 xalı olan London klubu 3-cü yerlə kifayətlənib. İngiltərəlilər 8 xala malik “Vitess”i keçə bilməyib. Nəticədə Niderland klubu pley-offun sonuncu iştirakçısı olub.

ETOPAZ

Əvvəlki yazı

Ronaldodan 7, Messidən 3 rekord

Növbəti yazı

Premyer Liqada tur təxirə salınır