Torreyraya Argentinadan müştəri

Torreyraya Argentinadan müştəri

“Qalatasaray”ın uruqvaylı futbolçusu Lukas Torreyra komandanı tərk edə bilər. Torreyra Argentina klubuna keçmək istəyir. 

Argentina təmsilçilərindən “Boka Xuniors” 29 yaşlı futbolçunun xidmətində maraqlıdır. 

Torreyra “Boka Xuniors”la bu il ilk dəfə keçiriləcək FIFA Klublararası Dünya Çempionatında çıxış etmək istəyir. 

Yay transfer dönəmində futbolçunun transferinin tamamlanacağı gözlənilir.

Torreyranın “Qalatasaray”la müqaviləsi 2026-cı ilə qədərdir. “Sarı-qırmızılı” forma ilə bu mövsüm 38 matçda forma geyinən Torreyra 1 qol vurub, 7 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

Ronaldodan yeni rekord

Növbəti yazı

Aleksander-Arnold “Real” yolunda