Torreyra “Latsio”nun hədəfində

Torreyra “Latsio”nun hədəfində

Ötən mövsümü icarə əsasında “Fiorentina”da keçirən “Arsenal”ın yarımmüdafiəçisi Lukas Torreyra daha bir klubun diqqət mərkəzinə düşüb. Onunla “Latsio” maraqlanır.

Futbolçunun özü Florensiyada qalmağa hazır olduğunu bəyan edib. Lakin “bənövşəyilər” hələ ki, onun transfer hüququnu almaq üçün təklif verməyib. London klubu uruqvaylı yarımmüdafiəçi ilə ayrılmaq niyyətindədir və bu məsələnin həllini yubatmamaq üçün digər variantları da nəzərdən keçirməyə hazırdır.

ETOPAZ

Əvvəlki yazı

“Kayserispor”da yeni baş məşqçi

Növbəti yazı

“Milan” Florenzinin qiymətini azaltmaq niyyətindədir