Torres ”Yuventus”un hədəfində

Torres ”Yuventus”un hədəfində

“Vilyarreal”ın müdafiəçisi Pau Torres mövsümün sonunda komandasını dəyişə bilər. “Yuventus” 25 yaşlı oyunçunun transferində maraqlıdır.

“Qoca sinyora” Leonardo Bonuççinin gedişindən sonra komandaya uzun müddət xidmət edəcək mərkəz müdafiəçisi axtarışındadır. Rəhbərlik Torresi veteran futbolçuya layiqli əvəzləyici qismində görür. İspaniya millisinin üzvü həmçinin “Mançester Yunayted”in də gündəmindədir.

Qeyd edək ki, “Vilyarreal”ın yetirməsi olan Pau Torresin müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

ETOPAZ

Əvvəlki yazı

Noyer xərçəngə tutuldu

Növbəti yazı

Suarez karyerasını bu klubda davam elətdirəcək