Torres 2-3 aylıq sıradan çıxdı
İspaniya millisinin və “Mançester Siti”nin futbolçusu Ferran Torres uzun müddətə sıradan çıxıb. Yarımmüdafiəçi yaxın 2-3 ay ərzində meydana çıxa bilməyəcək.
Bunu İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola açıqlayıb. O bildirib ki, 21 yaşlı futbolçunun daban sümüyü xəsarət alıb.
Ferran yığmanın düşərgəsində zədələnib. Torres Millətlər Liqasının Fransa ilə final matçında (1:2) zədə alıb.