Torresə üç müştəri

Torresə üç müştəri

“Barselona”nın futbolçusu Ferran Torres komandanı tərk edə bilər. Onun xidmətində üç İngiltərə klubu maraqlıdır. 

Kataloniyalıların baş məşqçisi Hans-Diter Flik ispaniyalı hücumçunu heyətdə saxlamaq istəyir. Lakin rəhbərlik 25 yaşlı oyunçu üçün 40 milyon avroluq təklif gəlsə onu buraxmağa hazırdır. Hazırda Ferranla “Mançester Yunayted”, “Liverpul” və “Aston Villa” maraqlanır. 

Bildirilir ki, Torresin transferindən qazanılan məbləğ “Atletik”in vingeri Niko Uilyams üçün xərclənə bilər. 

ETOPAZ

Əvvəlki yazı

Millimiz Haiti ilə bacarmadı

Növbəti yazı

Qyokereşə Premyer Liqadan daha bir təklif