Toral Bayramov ən yaxşı adına namizəddir

Toral Bayramov ən yaxşı adına namizəddir

Avropa Liqasında Liqa mərhələsinin IV turunun ən yaxşı qoluna namizədlər bəlli olub. Bunu UEFA-nın rəsmi saytı açıqlayıb.

“Qarabağ”ın futbolçusu Toral Bayramovun Norveçdə “Bodo Qlimt”in qapısından keçirdiyi top da ən yaxşı adına namizədlər arasında yer alıb. O, təmsilçimizin 2:1 hesabı ilə qalib gəldiyi görüşün 22-ci dəqiqəsində hesabı açıb.

Toralın rəqibləri “Ayntraxt”dan Omar Marmuş, “Ludoqorets”dən Erik Markus və “Qalatasaray”dan Yunus Akgündür.

Qeyd edək ki, ən yaxşı qolun müəllifi UEFA-nın rəsmi saytında keçirilən səsvermə ilə bəlli olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Başakşehir”dən qollu bərabərlik

Növbəti yazı

Azərbaycan 1 pillə irəlilədi