“Top-20”də debüt
Braziliyalı Beatris Haddad-Mayya Torontodakı turnirin yarımfinalına yüksəlib. Cənubi amerikalı Belinda Bençiç üzərində qələbə qazanıb – 2:6, 6:3, 6:3..
Mayya karyerasında 8-ci dəfə yarımfinala adlayıb. Bunlardan beşi cari mövsümə təsadüf edib. Bu il yalnız İqa Şventek və Simona Halep daha çox yarımfinal görüb. Onlar müvafiq olaraq 8 və 7 dəfə 1/4 səddini keçib.
Braziliyalı turnirdəki qələbələrdən üçünü “Top-20”dəki rəqiblər üzərində qazanıb. Bu üzdən də Beatris gələn həftə “Top-20”də debüt edəcək.