Toni Kroos “Real”la müqaviləsini 2025-ci ilə qədər uzatdı

Toni Kroos “Real”la müqaviləsini 2025-ci ilə qədər uzatdı

“Real” 34 yaşlı mərkəz yarımmüdafiəçisi Toni Kroos ilə müqaviləsini 2025-ci ilə qədər uzadıb. Bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) italyan jurnalist Nikolo Şira məlumat verib.

Onun sözlərinə görə, hazırda bu əməliyyat təsdiqlənib və tamamlanıb.

Xatırladaq ki, almaniyalı futbolçu 2014-cü ildən “Real”ın formasını geyinir. O, bu müddət ərzində bütün yarışlarda 463 matçda iştirak edib, 28 qol və 98 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

“Real” Makallisteri transfer edə bilər

Növbəti yazı

Foden mövsümün ən yaxşısı seçildi