Tonaliyə 10 aylıq cəza
İtaliya millisinin və “Nyukasl”ın futbolçusu Sandro Tonali 10 aylıq cəzalanıb. Bunu İngiltərə klubu açıqlayıb.
Bu barədə qərarı FİFA verib. Belə sərt qərara futbolçunun qeyri-qanuni mərc oyunlarında iştirakda ittiham edilməsi səbəb olub. Onun cəza müddəti oktyabrın 27-də başlayır.
23 yaşlı yarımmüdafiəçinin cəzası bütün turnirlərə tətbiq ediləcək. 10 ay oynamayacaq Tonali AVRO-2024-dən də kənar qalacaq.
İtaliya Futbol Federasiyası mərc oyunlarda qanunsuz iştirak edən futbolçularla bağlı genişmiqyaslı araşdırmalara başlayıb.