Tonali “Yuventus” yolunda

Tonali “Yuventus” yolunda

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali komandanı tərk edə bilər. O, İtaliyaya dönməyə hazırlaşır.

İtaliyalı artıq “Yuventus”la razılaşıb. Sandronun özü üçün vacib şərt “Yuventus”un gələn mövsüm Çempionlar Liqasında iştirakıdır.

İtaliya klubu Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi təqdirdə yeni investisiyalar planlaşdırmır.

PSJ-dən icarəyə götürülən Randal Kolo Muaninin gələcək taleyi də komandanın hansı turnirdə iştirak etməsindən asılıdır. 24 yaşlı yarımmüdafiəçinin “Nyukasl”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, 2023-cü il iyulun 3-də “Milan”dan İngiltərə klubuna keçmişdi. Tonali “Breşiya”da da oynayıb.

ETOPAZ

Əvvəlki yazı

“Nyukasl”dan ev qələbəsi

Növbəti yazı

“Liverpul”dan qəribə qələbə